Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |     19:33 “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq  |     18:59 11-ci sinif şagirdi vəfat etdi  |     18:45 Zaxarova: “İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güc arzulayıram” - VİDEO  |     18:30 Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO  |     18:17 Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq  |     17:48 Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi  |     17:35 Rusiya XİN: Ermənistan KTMT-nin üzvü olaraq qalır  |     17:02 Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR  |     16:57 Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA  |     16:51 “Red Bull”da daha bir ayrılıq yaşana bilər  |    

Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB

Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb.

Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.

Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızıdır.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil verilib.

17:07
İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 23.04.24 19:40