Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo |
Mojo.az Avto
Mojo.az Avto

İstirahət gününün HAVA PROQNOZU

02.03.2024 15:05 4 257
İstirahət gününün HAVA PROQNOZU
Ölkə ərazisində martın 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu - olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Son xəbərlər