Mənzil bazarında son durum: Bakının iki rayonunda kirayə mənzillər daha bahadır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:49 Bakı-Sumqayıt yolunda maşın ağaca çırpılıb, iki nəfər ölüb - VİDEO  |     16:31 Bu müəllimlərin də maaşı ARTACAQ  |     16:14 Azyaşlı uşağın əli ətçəkən maşında qaldı - FOTO  |     16:07 Bakıda maskalı şəxs terminaldan oğurluq etdi - VİDEO  |     15:59 İşlənmiş avtomobil yağlarını atmayın - SƏBƏB (VİDEO)  |     15:52 Rihannanın brendi Paris Olimpiadasına sponsorluq edəcək  |     15:48 Dərman və tibb vasitələrinin dövlət qeydiyyatına alınması qaydası təsdiq edildi  |     15:17 Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?  |     15:12 Bakının iki küçəsində məhdudiyyət: Biri iki, digəri dörd gün bağlı olacaq  |     15:10 Qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir edib?  |     14:25 Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir  |     13:51 Saatlıda avtomobil piyadanı vuraraq öldürüb  |     13:34 Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb  |     13:22 Sabah bəzi yerlərdə yağış yağacaq  |     12:54 Azərbaycanlı jurnalistin sualı Makronu çətin duruma saldı – VİDEO  |     12:49 Qlobal texniki nasazlıq: Dünyanın bir çox nöqtəsində hava limanları fəaliyyətini dayandırdı  |     12:22 "Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı: Xəsarət alanlar var - VİDEO  |     12:17 Xankəndiyə marşrut xətti açılır  |     12:14 Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir? (AÇIQLAMA)  |     12:13 Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi  |    

Mənzil bazarında son durum: Bakının iki rayonunda kirayə mənzillər daha bahadır - VİDEO

Bu il Bakıda kirayə mənzillər bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, əmlak ekspertləri deyirlər ki, qiymət artımı əsasən özünü mərkəzi hissələrdə, xüsusilə Nəsimi və Səbail rayonlarının dənizkənarına yaxın ərazilərində müşahidə edilir.

Əmlak eksperti Nofəl Quliyev deyir ki, bahalaşmanın bir neçə səbəbi var. Bunlar köhnə tikililərin sökülməsi, tələbə amili və ən əsası da ölkəyə gələn turistlərdir.

Ekspertin sözlərinə görə, ümumilikdə kirayələrdə 5% bahalaşma müşahidə edilir. Artıq mərkəzə yaxın hissələrdə 400 manatdan ucuz birotaqlı ev tapmaq müşkülə çevirilib. İndi xüsusilə mərkəzə yaxın evlər aylıq kirayə ilə yanaşı, gündəlik də turistlərə verilir. Bu da daha çox pul əldə etmək məqsədi daşıyır. Nəticədə tələbin çoxluğu qiymətlərə də öz təsirini göstərir.

Üçotaqlı mənzillərin kirayə qiymətləri isə köhnə tikililərdə 600, yeni tikililərdə isə 800, 1000 manatdan başlayır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            630 12.02.24 11:55