Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qəza törədib qaçan sürücü saxlanıldı - FOTO

05.12.2023 12:39 2 940
Bakıda qəza törədib qaçan sürücü saxlanıldı - FOTO
Paytaxtda qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb.

O qeyd edib ki, Bakı şəhəri, A.Məhərrəmov küçəsində “Saipa” markalı, 99-PJ-279 dövlət nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar olunaraq məsuliyyətə cəlb edilməsi üçün Əli Rzayevin sosial şəbəkədən daxil olmuş müraciəti əsasında BDYPİ-də araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin KIA markalı, 77-DC-317 nömrə nişanlı avtomobil, hadisəni törədənin isə 1989-cu il təvəllüdlü Əyyub Abışov olduğu aşkar edilib. Əyyub Abışovun barəsində qanunamüvafiq tədbirlər görülüb.

“Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir, yol-nəqliyyat hadisəsi zamanı qanunauyğun davranmalarını xahiş edirik”, - deyə R. Tağıyev əlavə edib.


Son xəbərlər