Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Xəzər dənizinin səviyyəsinin azalması limanların işinə mənfi təsir göstərəcək - PROQNOZ

27.11.2023 19:30 3 447
Xəzər dənizinin səviyyəsinin azalması limanların işinə mənfi təsir göstərəcək - PROQNOZ
Xəzər dənizinin səviyyəsində azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, limanların istehsalat gücləri təhlükə altına düşəcək, xüsusilə də bu, Aktau və Ələt limanlarına aiddir.

Bu barədə APA Dünya Bankının xüsusi hesabatına əsasən məlumat verib.

“Son onilliklərdə bir çox ekspertlər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdırmağa çalışsalar da, onların əksəriyyəti uğursuzluğa düçar olub”, - hesabatda qeyd olunub.

Bildirilib ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır ki, bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur.

“Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risk altında qoyacaq”, - hesabatda vurğulanır.

Sənəddə qeyd olunur ki, bu kontekstdə Dünya Bankı 2023-cü ildə Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılmasına yeni yanaşmanın, həmçinin təsirə məruz qalmış limanlar üçün yeni dərinləşdirmə strategiyalarının, eləcə də təsirlərin azaldılması tədbirlərinin təklif edilməsinə yönəlmiş bir sıra tədqiqatlara başlayıb.

Dünya Bankının tədqiqatları çərçivəsində ilk nəticələr 2024-cü ilin ortalarında əldə olunacaq və 2025-ci ilin əvvəlində başa çatacaq.

Son xəbərlər