Audiovizual Şura bir şirkətin lisenziyasını ləğv etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:17 Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?  |     15:12 Bakının iki küçəsində məhdudiyyət: Biri iki, digəri dörd gün bağlı olacaq  |     15:10 Qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir edib?  |     14:25 Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir  |     13:51 Saatlıda avtomobil piyadanı vuraraq öldürüb  |     13:34 Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb  |     13:22 Sabah bəzi yerlərdə yağış yağacaq  |     12:54 Azərbaycanlı jurnalistin sualı Makronu çətin duruma saldı – VİDEO  |     12:49 Qlobal texniki nasazlıq: Dünyanın bir çox nöqtəsində hava limanları fəaliyyətini dayandırdı  |     12:22 "Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı: Xəsarət alanlar var - VİDEO  |     12:17 Xankəndiyə marşrut xətti açılır  |     12:14 Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir? (AÇIQLAMA)  |     12:13 Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi  |     12:11 Ermənistanda təyyarə qəzaya uğradı: Ekipaj üzvləri öldülər  |     12:08 Dövlət xəstəxanalarında işləmək istəyənlərin NƏZƏRİNƏ - Baş nazir qərar imzaladı  |     12:06 Bakıda taksilərin sayı 50 faiz azaldılıb - RƏSMİ  |     12:03 Yevlaxda Kürdən meyit tapıldı  |     12:01 Kürdəmirdə qadın sərnişini döyən sürücü saxlanıldı (YENİLƏNİB)  |     11:59 Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb  |     11:57 Təqaüdçülərin kartlarını talayan şəxs saxlanıldı  |    

Audiovizual Şura bir şirkətin lisenziyasını ləğv etdi

Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixdə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Audiovizual Şuradan verilən məlumata görə, şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə şuraya müraciəti müzakirə olunub, müvafiq qərarla “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            831 21.11.23 17:00