Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakının bəzi əraziləri hələ də istiliksiz QALIB - SİYAHI

20.11.2023 16:47 2 286
Bakının bəzi əraziləri hələ də istiliksiz QALIB - SİYAHI
Noyabrın 15-dən ölkənin bütün ərazisində istilik sistemi işə salınıb. “Azəristiliktəchizat” ASC-nin məlumatına görə, istiliyin verilişi gələn il aprel ayının 15-nə qədər davam edəcək. İstiliyin verilməsindən bir neçə gün keçsə də, paytaxt rayonlarındakı bəzi yaşayış binaları hələ də istiliklə təmin olunmayıb.

Bakının Nizami, Yasamal, Binəqədi, Xətai rayonları, həmçinin Biləcəri, Bakıxanov qəsəbələrində yaşayan sakinlər istiliyin verilməməsindən şikayətçidirlər. Eyni problem Sumqayıt şəhərində də yaşanır.

Sakinlər konkret ünvanlar göstərərək saytımıza müraciət ediblər. Bu ünvanlara Xətai rayonu Nəsrəddin Tusi küçəsi, Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, metro “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, Hüseyn Cavid prospekti, 528-ci məhəllə, Binəqədi rayonu 9-cu mikrorayon Cəlal Paşayev küçəsi daxildir.

Adıçəkilən ərazilərdəki yaşayış binalarının sakinləri istisinə qızına bilmədikləri “istilik”lə bağlı “Azəristiliktəchizat”a müraciət ünvanladıqlarını və müraciətlərinin cavabsız qaldığını qeyd ediblər.

Məsələ ilə bağlı Bizim.media-ya danışan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bütün binaların istiliklə təmin olunduğunu bildirib:

“İstiliyin olmaması mənzildaxili və binadaxili problemdən də qaynaqlana bilər. Ona görə də hər bir problemin özünün fərdi cavabı var. Hansı mənzilə niyə istilik verilmir araşdırılmalıdır. Çünki binalar istilik alır və bütün qazanxanalar işə düşüb”.

Son xəbərlər