Лондон
C

Ağdaşda bələdiyyə sədri, Mingəçevirdə sahibkarlar cərimələniblər

Ağdaş rayonu və Mingəçevir şəhərində sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon (şəhər) polis şöbələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Ağdaş rayonunun Hapıtlı kəndində, Mingəçevirdə isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı kəndin bələdiyyə sədri, Mingəçevirdə isə üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев