Mojo.az Banner
23:02 Magistraturaya qəbul imtahanı keçiriləcək  |     22:51 Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı - VİDEO  |     22:44 Nazirlik hərbi hissələrdə odundan imtina edir  |     22:38 “Azərbaycan Nəşriyyatı” bağlandı  |     22:30 İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı  |     22:25 Hindistanda partlayış: 18 nəfər öldü  |     22:19 Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar  |     22:16 1980-ci illərdə minlərlə insanın ölümünə səbəb olmuş vulkan yenidən oyanır  |     22:07 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |     21:57 Gəncədə QƏZA: xəsarət alanlar var  |     21:49 Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib  |     21:29 "Avroviziya"da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək  |     21:16 Səudiyyə Ərəbistanından diqqət çəkən addım: Dəvələrin pasportu olacaq  |     21:02 Hərbi Prokurorluqda yeni TƏYİNAT  |     20:45 DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirdi  |     20:33 Tramp: "İlham Əliyev və Paşinyan yaxşı liderlərdir"  |     20:27 Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını harada çəkəcəklər?  |     20:24 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     20:06 Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü  |     20:01 Dünyaca məşhur amerikalı heykəltəraşlar Heydər Əliyev Mərkəzindən yazdı  |    
Left Banner
Right Banner

“Formula-1”: Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib

20.02.2024 12:55 2 958
“Formula-1”: Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verib.

Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər.

Kampaniya martın 5-dək davam edəcək. Azarkeşlərə üçgünlük tribuna biletləri ilə yanaşı, "Pit yolu gəzintisi” bileti də təqdim ediləcək.

Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi “Formula-1” Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.скачать dle 11.3