Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

İctimai "Wi-Fi" şəbəkələrinə qoşularkən DİQQƏT: Saxta yeniləmə tələsi

06.08.2026 11:24 423
İctimai
"Microsoft" dünya üzrə otellərdə, konfrans mərkəzlərində və digər ictimai məkanlarda istifadə olunan "Wi-Fi" şəbəkələrinə qarşı genişmiqyaslı haker kampaniyası aşkarladığını bildirib.

Bu barədə "Meduza.io" məlumat yayıb.

Şirkətin məlumatına görə, hücumlar istifadəçilərin ictimai "Wi-Fi" şəbəkələrinə qoşularkən qarşılarına çıxan giriş səhifələrindən ("captive portal") istifadə edən sistemləri hədəfə alıb.

"Microsoft" hesab edir ki, hakerlər bir neçə "Wi-Fi" operatorunun ortaq xidmətlərinə çıxış əldə etmiş ola bilərlər. Bu isə bir uğurlu hücum vasitəsilə çoxsaylı otel və digər ictimai şəbəkələrə giriş imkanı yarada bilər.

Bildirilib ki, kiberhücumçular istifadəçiləri saxta keçidlərə yönləndirərək zərərli proqramlar yayıblar. Həmin proqramlar brauzer və ya əməliyyat sistemi yeniləmələri adı altında təqdim edilib.

"Microsoft" hücumların arxasında "Storm-2945" qrupunun dayandığını iddia edir. Şirkət bu qrupu Rusiyanın Xarici Kəşfiyyat Xidməti ilə əlaqələndirdiyi "Midnight Blizzard" qruplaşması ilə əlaqəli hesab edir.

Qeyd edək ki, "Microsoft" daha əvvəl də bu qrupun ABŞ dövlət qurumlarına və "Outlook" sisteminə qarşı kiberhücumlarda iştirak etdiyini bildirmişdi.скачать dle 11.3
Mojo.az Banner