Mojo.az Banner
17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Keyfiyyətsiz yanacağın gizli əlamətləri

25.06.2026 11:59 636
Keyfiyyətsiz yanacağın gizli əlamətləri
"Yanacağın keyfiyyətini avtomobilin çəninə doldurmazdan əvvəl müəyyənləşdirmək demək olar ki, imkansızdır".

Bu barədə aif.ru saytına müsahibəsində avtomobil üzrə mütəxəssis Roman Qulyayev bildirib.

Ekspertin sözlərinə görə, yanacağın keyfiyyətini vizual olaraq yoxlamaq üçün hər hansı bir üsul mövcud deyil: "Diaqnostika, əslində, yalnız mühərrik işə salındıqdan sonra mümkün olur. Təəssüf ki, keyfiyyətsiz yanacağı yalnız postfaktum, yəni o, artıq çənə doldurulduqdan sonra aşkar etmək mümkündür".

Mütəxəssis qeyd edib ki, avtomobil yaranmış problemi sürücüyə özü hiss etdirəcək. Başlıca məsələ nəqliyyat vasitəsinin reaksiyalarına diqqətli yanaşmaqdır. Yanacaqdoldurma məntəqəsindən (YDM) ayrıldıqdan sonra maşın qaz pedalına adekvat reaksiya vermirsə, bu, yanacaq sisteminin "zəhərləndiyinə" dair açıq siqnaldır:

"Sürücü problemi mühərrikin fəaliyyətindəki dəyişikliklərdən dərhal başa düşə bilər. Mühərrikdə titrəmə yaranır, dövriyyə itir və maşın əvvəlki kimi normal hərəkət etmir".скачать dle 11.3
Mojo.az Banner