Mojo.az Banner
17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib

28.05.2026 12:45 723
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşınması reallaşıb.

126 ton karbamid yüklənmiş iki vaqon və 67 ton un yüklənmiş bir vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.

Məlumata görə, qatar Böyük Kəsik Dəmiryol Stansiyası vasitəsilə Gürcüstan ərazisinə keçəcək, daha sonra isə Ermənistan istiqamətində hərəkətini davam etdirəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.

Xatırladaq ki, tranzit daşımalarla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir. Bu günədək Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2 955 ton Aİ-95 markalı benzin göndərilib.скачать dle 11.3
Mojo.az Banner