Türkiyədə ZƏLZƏLƏ baş verdi
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Muğlanin Datça rayonu yaxınlığında hiss olunub.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 16:34-də qeydə alınıb. Yeraltı təkanların episentri Egey dənizi olub.
AFAD-ın açıqladığı məlumatda bildirilib ki, zəlzələnin ocağı 12.4 kilometr dərinlikdə yerləşib. Episentr Datçadan təxminən 135 kilometr məsafədə qeydə alınıb.