Mojo.az Banner
20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Təkərlərin quraşdırılması zamanı sürücülərin və ustaların etdiyi ƏSAS SƏHVLƏR

21.05.2026 12:02 963
Təkərlərin quraşdırılması zamanı sürücülərin və ustaların etdiyi ƏSAS SƏHVLƏR
"Avtomobillərə şin montajı (təkər quraşdırılması) zamanı ciddi səhvlərin baş verməsi istisna deyil. Məsələn, bəzən yeni şinləri zədələnmiş və ya çirklənmiş disklərin üzərinə quraşdırırlar ki, bu da sürücülər üçün təhlükə yaradı"r.

Bu barədə rusiyalı avtoekspert Aleksandr Parxomçuk "Gazeta.ru" nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, səhv yerinə yetirilmiş montaj proseduru həm yeni təkərlərin istismar müddətini əhəmiyyətli dərəcədə qısaldır, həm də hərəkət zamanı qəza riskini artırır.

Ekspert şin montajı zamanı yol verilən əsas səhvləri və qorunma yollarını belə qruplaşdırıb:

- Ölçü uyğunsuzluğu: Ən çox rast gəlinən səhvlərdən biri şin və diskin ölçülərinin bir-birinə uyğun gəlməməsidir. Sürücülər hələ şin satın alarkən onların mövcud disklərə tam oturduğundan əmin olmalıdırlar.

- Disklərin yoxlanılması: Şinləri quraşdırmazdan əvvəl diskdə çatların, korroziyanın və əziklərin olub-olmadığı mütləq yoxlanılmalı, diskin boya qatının vəziyyəti qiymətləndirilməlidir.

- Təmizlik qaydaları: Disklər köhnə yapışqan izlərindən, hermetik qalıqlarından və digər kənar çirklənmələrdən tamamilə təmizlənməlidir. Çirkli diskin üzərinə vurulan şin hava buraxa bilər.

- Balans və kompensasiya: Şinlər diskin üzərinə elə quraşdırılmalıdır ki, onlar fırlanma zamanı bir-birinin ağırlığını kompensasiya etsin və yekun balans düzgün alınsın.скачать dle 11.3
Mojo.az Banner