Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ

29.04.2026 16:40 711
AFFA
AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.

Median.Az
milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu ağır cəzaya Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan "İmişli" ilə qarşılaşmada yaşanan insidentlər səbəb olub.

"Gənclik şəhəri" təmsilçisinin meydana çıxdığı formada aşkar edilən qüsurlar səbəbindən oyunun start fiti gecikib. Məhz bu texniki xətaya görə klub 1 500 manat məbləğində ziyana düşüb.

Əsas cərimə isə tribunalardakı gərginliklə bağlıdır. Belə ki, komanda azarkeşlərinin futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi kluba 8 000 manata başa gəlib. Qeyd edək ki, bu arzuolunmaz hal cari mövsümdə artıq dördüncü dəfədir təkrarlanır. Bundan əlavə, "kimyaçılar"ın fanatlarının pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub büdcəsindən daha 3 000 manat ödəməyə məcbur olacaq.

Turun intizam cəzaları bununla bitməyib. "İmişli" klubu beş futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib. Bənzər halla üzləşən "Kəpəz" komandası da "Şamaxı" ilə matçda beş oyunçusunun xəbərdarlıq almasına görə eyni məbləğdə cərimə ödəyəcək.скачать dle 11.3
Mojo.az Banner