Mojo.az Banner
16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

28.04.2026 11:39 606
KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər
Bir neçə qlobal avtomobil istehsalçısı öz büdcəli modellərinin ABŞ bazarında satışından imtina etməyi planlaşdırır.

Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına əsasən, bəzi iri avtomobil şirkətləri ABŞ Administrasiyasına xəbərdarlıq ediblər ki, əgər rəsmi Vaşinqton Kanada, Meksika və Birləşmiş Ştatlar arasındakı üçtərəfli ticarət sazişini (USMCA) uzatmamaq qərarına gələrsə və ya üç ölkə arasında digər güzəştli ticarət şərtlərini razılaşdırmazsa, onlar ABŞ-də ən ucuz modellərinin satışını dayandıracaqlar.

WSJ qeyd edir ki, Yaponiyanın "Nissan", "Toyota" və Cənubi Koreyanın "Hyundai" kimi şirkətləri ABŞ alıcılarına kiçik və münasib qiymətli avtomobillər təklif etdiyi halda, yerli avtonəhənglər son illərdə bu cür modellərdən imtina ediblər: "Xarici avtokonsernlər bəzi büdcəli maşınları ABŞ-də istehsal etsələr də, onların ehtiyat hissələri Meksika və Kanadadan tədarükündən asılıdırlar.

Əvvəllər bu detallar USMCA çərçivəsində rüsumlardan azad idi, lakin ABŞ Prezidenti Donald Trampın Administrasiyası tərəfindən tarif siyasətinin dəyişdirilməsindən sonra avtomobil hissələrinə rüsumlar 25% səviyyəsində müəyyən edilib. Xərclərin bu cür artması avtomobil istehsalçılarını ABŞ bazarında ucuz modellərin satışından imtina etməyi düşünməyə məcbur edir".

Nəşrin bildirdiyinə görə, ABŞ-də ən əlçatan 10 avtomobil modelindən 8-i xarici şirkətlər tərəfindən buraxılır:

"Bu siyahıda qalan iki model isə ABŞ-nin "General Motors" şirkəti tərəfindən Cənubi Koreyada istehsal olunur. Qeyd edək ki, USMCA müqaviləsi 2018-ci ildə Vaşinqtonun təşəbbüsü ilə imzalanıb. Belə ki, ABŞ rəhbərliyi oxşar NAFTA (Şimali Amerika Azad Ticarət Assosiasiyası) ticarət sazişinin ölkənin maraqlarına cavab vermədiyini hesab edib. Yeni sənəd 2020-ci ildə qüvvəyə minib. Qaydalara əsasən, hər altı ildən bir müqavilənin planlı şəkildə nəzərdən keçirilməsi nəzərdə tutulur və bu proses 2026-cı il iyulun 1-dək yekunlaşmalıdır. Əgər razılaşma uzadılarsa, daha 16 il qüvvədə qalacaq. Razılıq əldə olunmasa, sənəd 2036-cı ildə müddəti başa çatana qədər hər il yenidən baxılmağa məruz qalacaq. Saziş ümumi dəyəri təxminən 2 trilyon dollar olan mal və xidmətləri əhatə edir. Xatırladaq ki, daha əvvəl Ağ Evdən bildirilib ki, indiki mərhələdə Kanada, Meksika və ABŞ arasında ticarət sazişinin mövcudluğu ABŞ tərəfi üçün əhəmiyyət kəsb etmir və heç bir real üstünlük qazandırmır. Vaşinqton vurğulayıb ki, Birləşmiş Ştatların Meksika və ya Kanada məhsullarına ehtiyacı yoxdur".скачать dle 11.3
Mojo.az Banner