Mojo.az Banner
20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var

27.04.2026 12:51 666
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları saxlanılıblar.

Xəbərdə bildirilir ki, araşdırmalar zamanı həmin şəxslərin Gürcüstanda qanunsuz yaşadıqları müəyyənləşib. Onların yaşayış yerlərində axtarışlar aparılıb, iş yerləri də yoxlanılıb.

Bütün saxlanılanlar müvəqqəti saxlama mərkəzinə aparılıb, onların deportasiyası ilə bağlı müvafiq proseduralar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner