Mojo.az Banner
20:17 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |     19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağcabədidə iki əmioğlu öldürüldü - 22 yaşlı tanışları SAXLANILDI (Yenilənib)

27.04.2026 12:35 729
Ağcabədidə iki əmioğlu öldürüldü - 22 yaşlı tanışları SAXLANILDI (Yenilənib)
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə kəndin kənarındakı sahədə baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedovun rayonun Arazbarı kənd sakini 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevlə bir gün əvvəl mübahisəsi olub. Məlumata görə, Ş.Mamedov Ə.Əliyevi təhqir edib. Hadisədən sonra evə qayıdan Ə.Əliyev onu öldürmək qərarı verib.

O, evdən mətbəx bıçağı götürərək Yuxarı Qiyaməddinli kəndinə gəlib və Şaiqi görüşə çağırıb. Şaiq də əmisi oğlu Həsən Mamedovla birlikdə Əliniyazla görüşmək üçün kəndin kənarındakı sahəyə gəlib. Əvvəlcə Şaiq Əliniyazla söhbət edib. Söhbət mübahisə ilə nəticələnib və Əliniyaz Şaiqə bıçaq zərbələri endirib. Şaiqin bıçaqlandığını görən əmisi oğlu Həsən hadisəyə müdaxilə etmək istədikdə, Əliniyaz ona da zərbələr endirib. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Arazbar kənd sakini, 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

* * * * *

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.


Oxu.az-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedov, 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Mamedov aldıqları bıçaq xəsarətlərindən həyatlarını itiriblər.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, Arazbar kənd sakini 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner