Mojo.az Banner
21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

22.04.2026 11:36 762
Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.

Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

Məlumata görə, "Gəncə İdman sarayının tikintisi" layihəsində işlərin dəyəri 9.52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1.28 milyon manat artıq ödəniş müəyyən olunub.

Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.

Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.скачать dle 11.3
Mojo.az Banner