Mojo.az Banner
19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib

09.04.2026 20:42 600
Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib
ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə təzyiqi artıraraq Hörmüz boğazında təcili hərbi dəstək göstərilməsi tələbini irəli sürüb.

Bu barədə "Der Spiegel" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtondan qayıdan NATO-nun baş katibi Mark Rütte Avropa liderlərinə bildirib ki, Donald Tramp Avropadan boğazda hərbi gəmilərin və digər qüvvələrin yerləşdirilməsi ilə bağlı konkret öhdəliklər gözləyir. Avropalı diplomatlar Ağ Evin bu yeni tələblərini ultimatum kimi qiymətləndiriblər. Bu təzyiqlər Trampın NATO üzrə müttəfiqlərinə hərbi dəstəyi dayandırmaqla bağlı hədələrinin davam etdiyi bir şəraitdə baş verir.

Qeyd edək ki, Tramp aprelin 8-nə keçən gecə İrana qarşı zərbələrin iki həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb. Bunun əsas şərti kimi Hörmüz boğazının tam açılması göstərilib. ABŞ-nin İrandan münaqişənin nizamlanması ilə bağlı 10 maddədən ibarət təkliflər paketi aldığı bildirilir. Ağ Ev rəhbəri vurğulayıb ki, əgər razılaşma əldə olunmazsa, hərbi əməliyyatların yenidən başlanması qaçılmaz olacaq.скачать dle 11.3
Mojo.az Banner