Mojo.az Banner
20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?

06.04.2026 20:35 852
İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?
İrandan fevralın 28-i saat 08:00-dan aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, təxliyə olunanların 575 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 732, Rusiyanın 370, Hindistanın 238, Banqladeşin 198, Tacikistanın 189, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 44, İspaniyanın 26, Almaniyanın 27, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 13, Belarusun 11, Böyük Britaniyanın 10, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 9, Sudanın 8, Venesuelanın 7, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın hər birinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali lideri Əli Xamenei və bir sıra yüksəkvəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.скачать dle 11.3
Mojo.az Banner