Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar

26.03.2026 18:42 804
Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.

Median.Az-
ın İranın "Entekhab" portalına istinadən xəbərinə görə, bu barədə İran parlamentinin Təkmilləşdirmə komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi məlumat verib.

"Biz parlamentdə qanun layihəsi hazırlayırıq və buna əsasən, İranın Hörmüz boğazı üzərindəki hökmranlıq, suverenlik və nəzarət qanuni olaraq təsbit ediləcək, keçid üçün ödənişlərin toplanması isə ölkə üçün həmçinin gəlir mənbəyi yaradacaq", - deyə Məhəmməd Rza Rezai Kuçi bildirib.

Millət vəkilinin sözlərinə görə, qanun layihəsi hazırlanıb, lakin əlavə düzəlişlər tələb olunur. Onun tezliklə parlamentə baxılmaq üçün təqdim edilməsi gözlənilir.

"Bu qanun layihəsinə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ödəniş alacaq. Bu, tamamilə təbiidir. Digər tranzit marşrutlarında olduğu kimi, yüklərə də rüsumlar tətbiq olunur. Hörmüz boğazı da tranzit dəhlizidir. Biz onun təhlükəsizliyini təmin edirik, gəmilərin və tankerlərin ödəniş etməsi tamamilə təbiidir", - deyə parlamentari qeyd edib.скачать dle 11.3
Mojo.az Banner