Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB - Video

17.03.2026 11:17 813
Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB - Video
İranla ABŞ arasında baş verən hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından, xüsusilə, Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiymətində artım müşahidə olunur.

Sahibkarların sözlərinə görə, Dubaydan Çin və Amerika istehsalı olan avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.

Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşrutlardan istifadə isə avtomatik olaraq qiymətlərin artmasına səbəb olur.

Bundan əlavə, birbaşa uçuşların dayandırılması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərclərin yaranmasına gətirib çıxarır.

Sahibkarların sözlərinə görə, bazarda bəzi ehtiyat hissələrinin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.
скачать dle 11.3
Mojo.az Banner