Mojo.az Banner
15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

İcazəsiz uçuşlarla bağlı 20 min manatlıq cərimə gözlənilir

19.02.2025 14:03 906
İcazəsiz uçuşlarla bağlı 20 min manatlıq cərimə gözlənilir
Azərbaycanda hava nəqliyyatında yol verilən pozuntulara görə cərimələr müəyyənləşir.

Median.Az
"Report"a istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə edilir.

Daha bir dəyişikliklə kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların ve qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.

Təklif edilən daha bir dəyişikliyə görə isə, təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin avadanlığın ve sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.

Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə isə fiziki şəxslər 2 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 8 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Məcəlləyə təklif edilən növbəti dəyişikliklə uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə 600 manat məbləğində cərimə müəyyən edilir.

Sənəd heyət üzvləri ilə bağlı dəyişikləri də özündə ehtiva edir. Belə ki, heyət üzvünün uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə 3 min manat məbləğində cərimə edilir.

"Aviasiya haqqında" yeni qanun 22 dekabr 2023-cü il tarixdə qəbul edildikdən sonra "Aviasiya haqqında" 24 iyun 2005-ci il tarixli qanun ləğv edilib. Yeni qanunda aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, aviasiya personalına dair, mülki aviasiya sahəsində sığorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblər öz əksini tapıb.

Qeyd edilənlərə əsasən Cinayət Məcəlləsinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin isə bir hissəsi Məcəllədə hazırda müəyyən edilmiş hava nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaların "Aviasiya haqqında" qanuna uyğunlaşdırılması, digər hissəsi isə Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən yeni qaydaların icrasını təmin edilməsi üçün bir sıra inzibati xətaların Məcəlləyə əlavə edilməsini nəzərdə tutur.скачать dle 11.3
Mojo.az Banner