Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı

12.02.2025 12:52 1 605
Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin
Onkoloji xəstəliklərin ən öldürücü formalarından biri, tez-tez təkrarlanan və müalicəyə davamlı olan ağciyər xərçəngi ilə mübarizədə irəliləyiş əldə edilib. Belə ki, mütəxəssislər sözügedən şişin "zəif nöqtəsini" aşkarlayıblar.

Bu barədə Harvard Tibb Məktəbinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər. Onların tədqiqatlarının nəticələri "Cell" elmi jurnalında dərc olunub.

Bildirilib ki, əsas diqqət şişi qidalandıran anormal zülalın yaranmasına səbəb olan ALK genindəki mutasiyaya yetirilib - Alimlər xərçəng hüceyrələrinin böyüməsində əsas rol oynayan GUK1 metabolik fermentini müəyyən ediblər.

"Biz aşkar etdik ki, GUK1 xərçəng hüceyrələrinə böyümə və sağ qalmaları üçün lazım olan molekulların istehsalına kömək edir", - deyə tədqiqatda izah edilib.

Siçan modellərindən və insan xərçəng hüceyrələrindən istifadə edən tədqiqatçılar GUK1-i "söndürüblər". Məlum olub ki, bu addım şişin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb.

Qeyd etmək lazımdır ki, GUK1-in yüksək səviyyəsi ağciyər xərçənginin digər alt tiplərində də aşkar edilib. Bu, onun müxtəlif genetik pozuntudan qaynaqlanan xəstəliyin inkişafında universal rolunu göstərir. Alimlərin GUK1-lə bağlı kəşfi şişlərin böyüməsini dayandıra bilən yeni hədəf dərmanların hazırlanması üçün ümid verir.скачать dle 11.3
Mojo.az Banner