Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

"Binance" və SEC məhkəmə prosesinin dayandırılması ilə bağlı birgə vəsatət qaldırdılar

12.02.2025 12:48 2 013
"Binance" və ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) məhkəmə prosesinin müvəqqəti dayandırılması ilə bağlı birgə vəsatət qaldırıblar.

Bu barədə "Economist.kg" nəşri məlumat verib.

Məlumata görə, müraciətə səbəb SEC-in kriptovalyutalar üzrə yeni yaradılmış işçi qrupu olub.

"Binance" qeyd edib ki, rəqəmsal aktivlərə yanaşmanın yenidən nəzərdən keçirilməsinə ümid edirlər.

"Biz ABŞ-də və bütün dünyada blokçeynin bu yeni, qızıl dövründə rəqəmsal aktivlərə müvafiq qanunvericilik və tənzimləyici diqqətin təmin edilməsinə yönəlmiş düşüncəli yanaşmasına görə SEC-in müvəqqəti sədri Mark Ueydə minnətdarıq. SEC işi həmişə əsassız olub və biz onu geridə qoymağa çalışırıq. Həmçinin "Binance"in dünyanın ən təhlükəsiz, lisenziyalaşdırılmış və ən etibarlı birja kimi qalmasına diqqət yetirməyə davam edəcəyik", - deyə kriptovalyuta birjasının nümayəndələri qeyd ediblər.

Bildirildiyinə görə, vəsatətdə SEC və "Binance" bəyan ediblər ki, tənzimləyicinin yeni işçi qrupu bu işin potensial həllinə təsir göstərə və asanlaşdıra bilər.

Analitiklər qeyd edirlər ki, belə bir qərar SEC-in kriptovalyuta bazarı ilə bağlı mövqeyinin yumşalmasından xəbər verə bilər. Bu həmçinin ABŞ-ni rəqəmsal aktivlər sənayesinin dünya mərkəzinə çevirəcəyini vəd edən Prezident Donald Trampın son bəyanatlarına da uyğun gəlir.скачать dle 11.3
Mojo.az Banner