Mojo.az Banner
22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |     21:07 Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?  |     21:00 Bu klub ev oyunlarını Xankəndidə keçirəcək  |     20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |     20:47 Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Beyin qocalığının qarşısını alan ƏRZAQLAR

23.05.2024 11:27 2 355
Beyin qocalığının qarşısını alan ƏRZAQLAR
Yağ turşuları, antioksidantlar, karotenoidlər, "E" vitamini və xolinlər beyin sağlamlığını qorumağa kömək edir.

Bu barədə ABŞ-nin Nebraska Universitetinin alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri "npj Aging" jurnalında dərc olunub.

Araşdırmada 65-75 yaşlı 100 nəfər koqnitiv sağlam insan iştirak edib. Onların həyat tərzi və rasionları haqqında məlumat toplanıb, qan nümunələri alınıb. İştirakçılar həmçinin koqnitiv bacarıqlarının qiymətləndirilməsi üçün testlərdən və beyin MRT-sindən (maqnit rezonans görüntüləmə) keçiblər.

Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları olan məhsullar - yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, tumlar və zeytun yağı istehlak ediblər.

O da müəyyən olunub ki, idrak sağlamlığını qorumaq üçün antioksidantlar və karotenoidlər vacibdir. Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur. Onlar orqanizmin hüceyrələrini oksidləşdirici stressdən (xüsusi zərər formasından) qoruyurlar.

Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, "E" vitamini və xolin beynin qocalmasını ləngidə bilir. Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner