Bakıda dava zamanı gənc oğlan bıçaqlandı
APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, Yeni Sahə adlanan ərazidə 1998-ci il təvəllüdlü Hüseynov Sərxan Elbrus oğlu tanımadığı şəxs ilə dava zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.