Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

BMT-dən Əfqanıstanda aclıqla bağlı xəbərdarlıq: “Bir milyon uşaq ölə bilər”

26.10.2021 13:08 1 929
BMT-dən Əfqanıstanda aclıqla bağlı xəbərdarlıq: “Bir milyon uşaq ölə bilər”
Əfqanıstan əhalisinin yarıdan çoxu 2021-2022-ci illərin qışında “böhran” və ya “ifrat” səviyyədə ərzaq çatışmazlığı yaşayacaq.

Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT Ümumdünya Ərzaq Proqramının (WFP) birgə hesabatına görə, quraqlıq, silahlı qarşıdurma, COVID-19 pandemiyası və iqtisadi böhran Əfqanıstanın ərzaq əldə etməsinə mənfi təsir göstərib.

Hesabatın müəllifləri vurğulayır ki, Əfqanıstanda aclıq həddində olan insanların sayı bu ilin aprel ayı ilə müqayisədə 37 % artıb.

İlin sonunadək kəskin aclıq beş yaşınadək təxminən 3,2 milyon uşağa təsir edə bilər və onlardan təxminən 1 milyonu ehtiyac duyduğu təcili yardımı almazsa ölə bilər. Yaxınlaşan qış ehtiyacı olan ailələri humanitar yardımdan məhrum edə bilər.

“İnsanları vədlərlə doyura bilmərik: maliyyə öhdəlikləri real pula çevrilməli və beynəlxalq ictimaiyyət nəzarətdən sürətlə çıxan bu böhranı aradan qaldırmaq üçün birlikdə çalışmalıdır”, - deyə WFP-nin icraçı direktoru Devid Bizlei bildirib.

Əfqanıstan əhalisinə yardım göstərmək üçün hər ay təxminən 220 milyon dollar tələb oluna bilər. FAO bu il 3,5 milyondan çox insana yardım edəcəyini və Əfqanıstan xalqının təcili yardım üçün 11,4 milyon dollara və 2022-ci il kənd təsərrüfatı mövsümü üçün 200 milyon dollara ehtiyacı olacağını açıqlayıb.скачать dle 11.3
Mojo.az Banner