Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan yığması Slovakiyaya qalib gəlib

06.09.2019 23:14 2 160
Azərbaycan yığması Slovakiyaya qalib gəlib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, rəqib Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası olub. “Dalğa Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Azərbaycan millisinin hər iki qolunu Barış Ekincier vurub. O, 7-ci və 90+3-cü dəqiqədə fərqlənib. Qonaq komandadan isə yeganə topun müəllifi 82-ci dəqiqədə Lyubomir Tupta olub.

Bu, Azərbaycan yığmasının 2-ci qrupda ikinci, Slovakiyanın isə ilk matçı olub. Milan Obradoviçin baş məşqçi olduğu komanda daha əvvəl səfərdə Lixtenşteynə uduzub - 0:1. Bu gün qələbə qazanmaqla, milli komanda qrupda ilk dəfə 3 xala sevinib.

Növbəti oyun sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

Avropa çempionatı, II tur

6 sentyabr

20:30. Azərbaycan - Slovakiya - 2:1

Qollar: Barış Ekincier, 7; 90+3 - Lyubomir Tupta, 82

Baş hakim: Deyan Yakimovski

Baş hakimin köməkçiləri: Nikola Karakolev, Kushtrim Lika

Dördüncü hakim: İqor Stoychevski (hamısı Şimali Makedoniya).скачать dle 11.3
Mojo.az Banner