Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ucqar dağ kəndlərinə odun verilir: dəyərini ödəmək şərtilə - ÜNVANLAR

06.09.2019 14:38 1 892
Ucqar dağ kəndlərinə odun verilir: dəyərini ödəmək şərtilə - ÜNVANLAR
Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzləri (RMTM) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və soyuqların düşməsinə qədər həmin kəndlərin əhalisinin odunla təmin olunmasını bitirmək istəyir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bunun üçün kifayət qədər odun ehtiyatı var.

Nazir müavini qeyd edib ki, regional meşə idarələrindəki odun tədarükü məntəqələri Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göygöl ərazilərində daimi fəaliyyət göstərir.

Ehtiyacı olan vətəndaşlar bu yerlərə müraciət edərək dəyərini ödəmək şərtilə yanacaq odunu əldə edə bilərlər:

Zaqatala RMTM üzrə Car, Əlibayramlı, Aşağı Çardaxlar, Aşağı Tala, 3-cü Tala, Paşam, Zastava, Kortala, Tülü;

Şəki RMTM üzrə Göynük, Oraban, Zəyzid, Qum, İlisu, Ləkit;

Qəbələ RMTM üzrə Bum, Vəndam;

İsmayıllı RMTM üzrə Qalınçaq, Ağsu aşırımı, Xənəyə, Qaradəyə;

Quba RMTM üzrə Uzunmeşə, Vəlvələ, Quba şəhəri, Xaçmaz, Xuray;

Şabran RMTM üzrə Zeyvə, Pirəbədil, Əmirxanlı, Giləzi, Siyəzən;

Masallı RMTM üzrə Məmmədoba, Şıxlar, Zuvand, Gendərə, Porsova, Buravar, Abidli;

Lənkəran RMTM üzrə Haftoni, Əsxənəkəran;

Tovuz RMTM üzrə Yanıqlı, Kirən, Qoşakənd, Poylu;

Şəmkir RMTM üzrə Şəkərbəy, Yenikənd, Çanaqçı;

Göygöl RMTM üzrə Qaraçinar, Yeni Zod.

Qeyd edək ki, anbarlarda tədarük olunan odun dəyəri ödənilmək şərtilə qazlaşdırılmamış kəndlərin əhalisinə, təhsil, səhiyyə müəssisələrinə, bağçalara, sərhəd və daxili qoşunların hərbi hissələrinə verilir.скачать dle 11.3

Son xəbərlər