Mojo.az Banner
SON DƏQİQƏ
20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qardaşı arvadını diri-diri yandırdı - Zabratdakı dəhşətli hadisənin təfərrüatı

03.09.2019 19:21 1 523
Qardaşı arvadını diri-diri yandırdı - Zabratdakı dəhşətli hadisənin təfərrüatı
Bakıda qardaşı arvadını diri-diri yandıraraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib.

Median.Az
Ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.3-cü yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinən Əsgərov İlkin Nizami oğlu barəsindəki hökmün dəyişdirilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edib.

Onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 11-də keçiriləcək.

Qeyd edək ki, dəhşətli qətl Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Amma İlkin Əsgərov məhkəmədə bildirib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.

Qeyd edək ki, İ.Əsgərov Apelyasiya Məhkəməsinə müraciət etsə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilməyib.скачать dle 11.3

Son xəbərlər