Mojo.az Banner
SON DƏQİQƏ
18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bibilərindən erməni atalarını öldürən bacılara ittihamlar: Seks gecələri keçirirdilər - VİDEO

03.09.2019 19:07 3 176
Bibilərindən erməni atalarını öldürən bacılara ittihamlar: Seks gecələri keçirirdilər - VİDEO
Ötən ilin ən səs-küylü qətl hadisəsinin istintaqı başa çatmaq üzrədir.

Söhbət Moskvada yaşayan erməni ailəsində baş verən qətl hadisəsindən - 57 yaşlı Mixail Xaçaturyanın doğma qızları tərəfindən qətlə yetirilməsindən gedir.

Doğma atalarını qətlə yetirən qızların vəkili bildirib ki, ekspertiza atanın onlara qarşı fiziki və seksual xarakterli zorakılıq etdiyini sübuta yetirib.

Öldürülən şəxsin bacıları Naira və Marina isə bunun yalan olduğunu iddia edirlər. "Birbaşa efir" verilişinin studiyasında bacılar qəddar qətldən danışıblar. Eyni zamanda, Xaçaturyan ailəsinin arxivindən unikal kadrlar göstərilib.

Mərhumun bacısı Naira bildirib ki, bununla bacılar özlərini "sudan quru çıxarmaq" istəyiblər. O, qeyd edib ki, Mixail Xaçaturyan heç vaxt onları döyməyib, əksinə, ərköyün böyüdüb və istəklərini həyata keçirib.

Bundan başqa, Naira verilişin aparıcısı Andrey Malaxova bildirib ki, qardaşı həyat yoldaşı Aureliyanı evdən qovmayıb. Tərəflərin arasında münaqişənin səbəbi isə Sergeyin Mixailin oğlu olmaması ilə bağlı olub.

Mərhumun bacısı danışıb ki, Sergey dərslərdən qaçıb və narkotik maddə satmağa başlayıb. Xaçaturyan qızlarına görə narahat olduğu üçün oğlanı evdən qovub.

Naira qeyd edib ki, Sergey onun yanına gələrək bir neçə il onun evində yaşayıb. Əvvəlcə qadın narkotik maddələr barədə məlumatsız olsa da, sonradan bu məlumat öz təsdiqini tapıb.

Xaçaturyanın digər bacısı Marina bildirib ki, 2018-ci ilin 26 iyun tarixində qardaşıgildə qonaq olub. Onun sözlərinə əsasən, Mixail kefsiz olub və bildirib ki, qızları ilə bacara bilmir və buna görə də bacıları analarının yanına göndərmək istəyir.

Mərhumun bacıları həm də iddia edirlər ki, Xaçaturyan evdə olmadığı günlərdə bacılar özlərini pis aparıblar:

"Mixail bir ay, iki ay səfərlərdə olurdu və evə qayıdanda başqa mənzərə ilə qarşılaşırdı. Qızların atasına deyirdilər ki, o, evdə olmayanda bacılar mənzildə seks və spirtli içki gecələri təşkil ediblər. Bu isə Xaçaturyanın xoşuna gəlmirdi və buna görə də əsəbiləşərək, qışqırıb dalaşa bilərdi".

Qonşu Valentina Bijbalova da verilişdə bildirib ki, heç kəsə belə övlad arzu etməzdi.скачать dle 11.3

Son xəbərlər