Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

“Pəhləvanlar” kafesinin saxlanılan sahibi ilə bağlı ŞOK FAKTLAR

03.09.2019 17:43 2 949
“Pəhləvanlar” kafesinin saxlanılan sahibi ilə bağlı ŞOK FAKTLAR
Abşeron rayonunda yerləşən "Pəhləvanlar” kafesində əxlaqsızlıq yuvası təşkil etməkdə və narkotik vasitələrin satışında təqsirləndirilən Habil və Qabil qardaşları, onların ortağı Elçin Əzimlinin barəsindəki cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Median.Az
"Qafqazinfo”ya istinadla xəbər verir ki, hər üç şəxs 2019-cu ilin fevral ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Məlum olub ki, Qabil Ramazanov işlətdiyi "Pəhləvan” kafesində xüsusi otaqlar düzəldərək orada qadınları fahişəliyə cəlb edib. Bu fəaliyyətdən əldə olunan gəlir isə qardaşlarla həmin qadınlar arasında bölünüb.

İstintaqın ilk mərhələsində Q.Ramazanov həbs edilib, qardaşı Habil və E.Əzimli isə polisin nəzarətinə verilməklə sərbəst qalıblar. Qabil Ramazanov "Pəhləvanlar” kafesinin sahibi və dəstənin başçısı olub. O, saxlanılan zaman üzərindən külli miqdarda narkotik vasitə aşkar olunub.

Q.Ramazanov həm narkotik ticarəti, həm də insan alverində, əkiz qardaşı Habillə Elçin isə yalnız insan alverində ittiham edilirlər.

Hazırda cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılacaq.

Bir neçə il əvvəl isə Qabil Ramazanov başqa bir cinayət işində zərərçəkmiş kimi çıxış edib. O, evindən 200 min manat oğurlayan qardaşı oğlu Ümid Ramazanovun işində zərərçəkmiş kimi tanınıb. Ü.Ramazanovun ifadəsinə görə, Qabil onu 7-8 il "Pəhləvanlar” kafesində nəzarətçi kimi işlədib və maaş verməyərək sonda ona toy edəcəyini vəd edib.

Bu müddət ərzində Ümid əməkhaqqı almadan işləyib. Buna görə də Ümid nişanlanıb və əmisinə evlənmək istdiyini deyib. Lakin Qabil pulunun olmadığını deyib. Əmisinin biznesinə bələd olan Ümid onun evində külli miqdarda pul olduğunu bilib və əmisigil evdə olmayanda girərək seyfdən selofan paketdəki pulları götürüb. O, qızıllara əl vurmadığını bildirib.

Daha sonra əmisinin "VAZ 21015” markalı avtomobilini sürərək Bakı Avtovağzalına gedib. Puldan 3 min manat götürüb, qalanını isə maşında saxlayıb. Özü oradan bilet alaraq Türkiyəyə gedib. Xaricdə olarkən qardaşına mesaj yazaraq maşının və pulun yerini deyib. Ölkəyə qayıtdıqda isə həbs olunub. Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumat görə, Ramazanovlar 7 qardaşdırlar və hər biri idmançı-pəhləvan kimi fəaliyyət göstərib.

Qeyd edək ki, qardaşlar saxlanılmadan öncə dəfələrlə mətbuatda həmin məkanın əxlaqsızlıq yuvası olması haqda materiallar yayılıb.


скачать dle 11.3

Son xəbərlər