Mojo.az — elanlar
Son Xəbərlər
18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Facebook" "like"ları göstərməyəcək

03.09.2019 15:18 3 598
"Facebook" sosial şəbəkəsi istifadəçilərin postları altında "like"ların sayını gizlədəcək.

"TechCrunch" yazır ki, bu yolla servis administrasiyası istifadəçiləri şöhrət davasından və qısqanclıqdan qorumaq niyyətindədir.

Qeyd olunur ki, bəziləri "like"ları artırmaq üçün özləri öz paylaşımlarını bəyənirlər.

Ceyn Mançun Vonq adlı istifadəçi deyib ki, "Facebook" şəbəkəsi Android üçün əlavədə "like"ları gizlədən pəncərə maketi yaradıb. Servis əməkdaşları bu layihə üzərində işlədiklərini təsdiqləyiblər, lakin həmin funksiya hələlik istifadəyə verilməyib.

Çox güman ki, "Facebook" adıçəkilən funksiyanı tədricən tətbiq edəcək. Əgər bu, istifadəçilərə ciddi şəkildə mane olsa və reklamdan əldə edilən gəlirləri azaltsa, funksiya ləğv olunacaq.

Xatırladaq ki, 2019-cu ilin yazından belə funksiya "Instagram"da bəzi ölkələrin istifadəçiləri üçün tətbiq olunub. Kanadadan olanlar üçün sınaqdan keçiriləndən sonra siyahıya Braziliya, Avstraliya, Yeni Zelandiya, İtaliya, İrlandiya və Yaponiya əlavə olunub.

Həmin ölkələrdə postların müəllifi "like"ların sayını görə bilsə də, istifadəçilər üçün bu məlumat gizli saxlanılır.

Son xəbərlər