Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşla kobud davranan daha bir polis cəzalandırıldı

31.08.2019 22:29 1 528
Vətəndaşla kobud davranan daha bir polis cəzalandırıldı
Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədovun Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) Qovlar Şəhər Polis Bölməsinin əməkdaşı, polis mayoru Paşa Rzayev tərəfindən təhqir edilməsi ilə bağlı bəzi informasiya saytlarında dərc olunmuş xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan münasibət bildirilib.
Qrupun baş inspektoru, polis leytenantı Eşqin Qasımov APA-ya deyib ki, Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədov 23.08.2019-cu il tarixində DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, daha sonra Tovuz RPŞ-yə müraciət edərək RPŞ-nin Qovlar Şəhər Polis Bölməsinin sahə rəisi, polis mayoru Paşa Rzayevin onunla kobud davranmasını bildirib.

Müraciət ilə əlaqədar RPŞ-də müvafiq araşdırmalar aparılıb. Polis mayoru P. Rzayevin V. Əhmədovla yersiz mübahisəsi, ona qarşı etik-davranış qaydalarından kənar ifadələr işlətməsi öz təsdiqini tapmasa da, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmasına görə barəsində intizam tənbehi görülüb.

"Bundan başqa Vaqif Əhmədov Tovuz RPŞ-yə dəvət olunaraq araşdırmanın nəticəsi barədə ona məlumat verilib. Vətəndaş isə öz növbəsində müraciətinə operativ və obyektiv baxıldığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirib”, - deyə E. Qasımov qeyd edib.скачать dle 11.3

Son xəbərlər