Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" - "Linfild" oyunu başlayıb (YENİLƏNİR)

29.08.2019 20:51 3 512
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşır.

Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə azarkeşlər erkən qola şahidlik ediblər.

"Qarabağ" 6-cı dəqiqədə hesabı açıb.

Xayme Romero erkən qolla komandasını önə çıxarıb.

***

Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

Cavab matçlarına Bakıda start verilib.

Aavrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da növbəti oyununa çıxıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ikinci dərəcəli klub turnirində qrupa düşmək üçün mübarizə aparır.

Ağdam təmsilçisi bunun üçün Şimali İrlandiyanın ən titullu komandası olan “Linfild”i keçməlidir. Səfərdəki ilk görüşdə 2:3 hesabı ilə uduzan “Qarabağ” Belfastdakı məğlubiyyətin əvəzini çıxmalıdır.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı matçda çempionumuz mütləq qalib gəlməlidir. Lakin təmsilçimizi mərhələ keçmək üçün 2 və ya daha çox top buraxmaqla minimal fərqli qələbə qane etmir.

“Qarabağ” “Linfild” səddini adlaya bilsə, ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynayacaq. Bununla da son 5 ildə dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” 2014-cü ildə başlayan seriyasını davam etdirəcək.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında başladığı cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib.

***

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Qarabağ" və Şimali İrlandiyanın "Linfild" komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

“Qarabağ”: 1. Vaqner Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye

“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Stefan Fallon, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.скачать dle 11.3
Mojo.az Banner