Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Ed Şiran səhnədən gedir

28.08.2019 22:30 4 961
Ed Şiran səhnədən gedir
Əslən Britaniyadan olan məşhur müğənni Ed Şiran gözlənilmədən karyerasına fasilə verib. Qərb mediası Edin bu cür addımını onun ruhi xəstəliyə düçar olması ilə bağlayır.

Musiqiçinin iki ildən çox davam edən "Divide" adlı dünya turunun son konsertində Ed bir müddət karyerasına ara verməyə qərar verdiyini açıqlayıb: "Bu gün dünya turum başa çatır. Həm acı, həm də sevindiricidir. Sizi çox sevirəm. Bu, növbəti il yarım ərzində son konsertimdir".

"Divide" bu günə kimi ən yüksək gəlir gətirən tur kimi tarixə düşüb. Onu təxminən 9 milyon insan canlı seyr edib. Ed verdiyi konsertlərdən ümumi olaraq 755 milyon dollar pul toplayıb.

Fanatlar isə Şiranın çox yorulduğunu və bir şəhərdən digər şəhərə uçub dayanmadan çalışmaqdansa, evində sakitcə yaşamaq istədiyini düşünürlər.

Lakin Qərb mediası fərqli bir versiya irəli sürüb - Edin bu qərarı onun paranoyadan əziyyət çəkməsi ilə bağlıdır.

Bir ay əvvəl musiqiçi ağır əsəb gərginliyini yaşadığını, bütün dostları ilə əlaqələrini kəsdiyini və yalnız yaxın insanları və həyat yoldaşı ilə ünsiyyət saxladığını etiraf edib.

Edin mobil telefonu yoxdur. O, paytaxtdan ayrılıb, Suffolkdakı mütəvazi həyatı seçib. Üstəlik, heç kəsin onun rahatlığını pozmaması üçün hətta qonşularının evlərini də satın alıb.

Musiqiçi deyib: "Klostrofobiyam var, izdiham içərisində ola bilmirəm. İnsanlarla ünsiyyət saxlayıram, bu mənada problem yoxdur. Ancaq kiminsə mənə diqqətlə baxması və ya şəklimi çəkməsi məni narahat edir. Sanki mən insan deyiləm".

2016-cı ildə həyatında baş verən xoşagəlməz hadisədən sonra Şiran dörd ay evdən çıxmayıb: "Yemək sifariş verir və film izləyirdim. Bir şüşə süd üçün də çölə çıxa bilmirdim. Normal bir həyat sürmək, evdən çıxmaq, konsert vermək istədim. Bunun əvəzinə dörd divar arasında oturub kilo aldım".

Ed həmçinin etiraf edib ki, bundan bir müddət öncə onun alkoqol asılılığı olub. Amma musiqiçi içkidən uzaqlaşmağı bacarıb.скачать dle 11.3
Mojo.az Banner