Mojo.az Banner
17:18 Məhkəmə Ruslan Eyyubovla bağlı qərar verdi  |     17:13 Qubada birinci sinif şagirdinə məktəbdə TƏCAVÜZ EDİLİB - İDDİA  |     16:54 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırıldı, digəri cərimələndi  |     16:45 Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqladı  |     16:35 Azərbaycanda qatarların yoluna tikinti daşları düzüldü: Dəhşətə salan GÖRÜNTÜLƏR (Yenilənib)  |     16:11 Bakıda sosial şəbəkələr vasitəsilə narkotik satan şəxslər TUTULDULAR - Video  |     16:01 Qış Olimpiya Oyunlarında xizək yarışı təxirə salınıb  |     16:00 Naxçıvan 5 milyonluq yeyintiyə görə sabiq vəzifəli şəxs HƏBS EDİLDİ  |     15:53 "Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU  |     15:33 Nazirlik üzərliklə bağlı əhaliyə müraciət etdi  |     15:31 Ucarda zəncirvari qəza: Xəsarət alanlar var  |     15:16 Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyev dəfn edilib  |     15:10 Peruda müvəqqəti prezident seçildi  |     13:52 Bakıda qohumunun evindən oğurluq edən şəxs KAMERAYA DÜŞDÜ - Video  |     13:33 Pakistanda yaşayış binasında PARTLAYIŞ: Azı 16 nəfər öldü, xeyli yaralı var  |     13:32 Rusiya Ermənistanı hədələdi - Sergey Şoyqudan qəzəbli açıqlama  |     13:31 Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi  |     13:30 Bakıdan Laçına avtobus reysi açılır  |     13:26 Qaxda keçmiş məhkum külli miqdarda narkotiklə ƏLƏ KEÇDİ - VİDEO  |     13:09 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən əhaliyə müraciət  |    
Left Banner
Right Banner

"Qum dəniz" yatağında neft hasilatı 22 faiz artıb

28.08.2019 16:24 2 172
Bu ilin II rübündə "Qum dəniz" neft yatağından xam neft hasilatı I rüblə müqayisədə, 22 faiz artaraq, gündəlik 813 barel təşkil edib.

Report-un xəbərinə görə, bu barədə "Greenfields Petroleum Corporation" məlumat yayıb.

Qeyd olunub ki, hesabat dövründə 12 quyuda təmir işləri başa çatıb və quyular istismara daxil edilib. İyunun sonuna dörd əlavə quyuda təmir işləri davam etdirilib.

II rübdə "Bahar" yatağında gündəlik qaz hasilatının həcmi I rüblə müqayisədə 11 faiz artaraq, 20,596 mln. kubfut olub. Hesabat dövründə B182 və B205 saylı quyularda əsaslı təmir işləri yekunlaşıb.

Qeyd edək ki, "Bahar" və "Qum dəniz" yataqlarında əməliyyat aparan "Bahar Energy Ltd". şirkəti "Greenfields Petroleum"un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80 faiz iştirak payına malikdir, qalan 20 faiz isə SOCAR-a məxsusdur.скачать dle 11.3
Mojo.az Banner