Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

57 rayonda fermerlərə təlim keçirilib

26.08.2019 21:56 1 521
57 rayonda fermerlərə təlim keçirilib
Bu ilin yanvar-avqust ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikada 1408 təlim keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, təlimlərdə 24801 fermer və məhsul istehsalçısı iştirak edib.

20-23 avqust tarixlərində Dövlət Aqrar İnkişaf Mərkəzilərinin əməkdaşları tərəfindən yeni subsidiya qaydaları ilə bağlı 48 rayonda 4233 nəfərə 273 təlim keçirilib.

Bundan başqa, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən 9 rayonda bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatı texnikası mövzularında keçirilən 9 təlimə 148 fermer cəlb olunub.

Bununla da ötən həftə ərzində respublikanın 57 müxtəlif rayonunda 282 təlim keçirilib. Təlimlərdə fermer və məhsul istehsalçıları da daxil olmaqla ümümilikdə 4381 nəfər iştirak edib.

Qeyd edək ki, fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssiləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir.

Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.

Fəaliyyət Planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.//oxu.az

Son xəbərlər