Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qızının yanında başı kəsilən Əminə ilə bağlı yeni detallar: Olayı videoya çəkən oğlan da tutulub – Video

24.08.2019 17:41 5 030
Qızının yanında başı kəsilən Əminə ilə bağlı yeni detallar: Olayı videoya çəkən oğlan da tutulub – Video
Azyaşlı qızının gözü önündə keçmiş əri tərəfindən boğazı kəsilərək öldürülən Əminə Buludla bağlı cinayət hadisədi Türkiyədə gündəmin əsas müzakirə mövzularından biridir. Xüsusən Əminə Buludun son nəfərində “ölmək istəmirəm”,- deyə hayqırması, qızının ona ağlayaraq, “ana, ölmə” yalvarışları o videonu izləyən hər kəsi yaralayıb.

Anasının ölümündən sarsıntı keçirən 10 yaşlı Bilgə psixoloq nəzarətindədir. Bu barədə Türkiyənin “Milliyet” qəzetinə Əminə Buludun ailə danışıb. Onların bildirdiyinə görə, 38 yaşlı Əminəni keçmiş əri 43 yaşlı Fədai Varan bundan əvvəl də dəfələrlə təhdid edib: “Bıçaqla gəzirdi, deyirdi ki, onu öldürəcəm”. Əminənin anası da “qızımı niyə qorumadılar?” deyərək fəryad edib.

Əminənin qardaşı Fəyyaz Bulud deyir ki, Fədai Varan həmin gün bacısına zəng edib, görüşmək istədiyini söyləyib: “Küçədə qarşılaşıblar, mübahisə ediblər. “Danışaq” deyib, bacımı və uşağı hadisə baş verən yerə aparıb. Ardınca bu olay yaşanıb, heç kim müdaxilə etməyib. 4-5 aydır bu işi qururmuş. Belində mətbəx bıçağıyla gəzirmiş, ona “qardaşlarını, atanı öldürəcəm” deyirmiş. Bacımı öldürəndən sonra atama zəng eləyib, “səni də öldürəcəm” deyib. Ancaq az sonra tutulduğuna görə istədiyini eləyə bilməyib. Uşağın 4 yaşı olanda “anasız-atasız böyüməsin” deyib, onları biz barışdırdıq. Bacım 4-5 ay da dözdü, amma bu, öz pis əməllərindən qalmadı. Bunlara insan deyilməməlidir. Belə adamlara edam cəzası verilməlidir. Uşağını istədiyi vaxt görmək imkanı vardı. Amma bir ildə cəmi beç dəfə görmüşdü. Çünki istəmirdi. Uşaq heç vaxt ona “ata” demədi”.

Əminə Buludun anası Fadimə Bulud da qızının öldürülməsinə üsyan edərək, bunları deyib: Qızım bu canidən ilk dəfə ayrılıb yanımıza gələndə bir neçə il gözlədi. Rəsmi boşanmadı. Ümid elədik ki, yaxşı olar. Barışsınlar, amma baxdıq ki, alınmır, boşandılar. Boşanandan sonra da heç bir problem çıxarmadıq, istədiyi vaxt qızını görə bilərdi. Amma bu cani qızımı təhdid edirdi. Gizli-gizli ağladığını görürdüm. Atası xərçəng olduğuna görə bunları bizdən gizlədirdi.

Mən bir məsələyə də üzülürəm, orada müdaxilə edəcək heç bir Allah bəndəsi, mərhəmətli adam yox idi? Mənim balam “ölmək istəmirəm” qışqırırmış, heç kim onun səsini eşitmədimi? Uşağının yanında bir ata bunu necə eləyə bilər? Biz indi nəvəmin yanında heç nə danışmırıq, ağlamamağa çalışıram. Nəvəm mənə “nənə, ağlama” deyir”.

Ailə, Sosial Xidmətlər Nazirliyindən də uşağın psixoloq nəzarətində olduğu, təqsirləndirilən şəxsin ən ağır cəzanı alması üçün nazirliyin prosesə qoşulacağı bildirilib.

Fədai Varana qarşı “xüsusi amansızlıqla qəsdən adam öldürmə” ittihamı irəli sürülüb. Məlum olub ki, hadisədən əvvəl Fedai Varan Əminə Buluda “Gider paşa gibi yatarım, Emine hiç sıkıntı değil, ne olacaksa olsun gider yatarım” mesajı göndərib.

Əminə Bulud öldürülərkən olayı mobil telefonla çəkən şəxsin də həbs olunduğu bildirilir. Onun adı açıqlanmasa da, 19 yaşı olması haqda məlumat verilib.

скачать dle 11.3

Son xəbərlər