Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Deggendorf düşərgəsində dava: iki azərbaycanlı və bir nigeriyalı həbs edilib

24.08.2019 14:19 3 216
Deggendorf düşərgəsində dava: iki azərbaycanlı və bir nigeriyalı həbs edilib
Avqustun 20-də Almaniyanın Deggendorf şəhərində afrikalılarla azərbaycanlılar arasında baş vermiş kütləvi dava faktı ilə bağlı cinayət işi qaldırılıb.

Hazırda daha əvvəl siyasi sığınacaq üçün Almaniya hökumətinə müraciət etmiş insident iştirakçılarının - miqrantların deportasiyası məsələsi nəzərdən keçirilir.

Bu barədə oxu.az-a Almaniyada yaşayan tanınmış azərbaycanlı hüquq müdafiəçisi, miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev danışıb.

Onun sözlərinə görə, avqustun 22-də Bavariya Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında bu barədə məlumat verilib.

Oxu.az-ın daha əvvəl verdiyi məlumata əsasən, Deggendorf şəhərində Azərbaycan vətəndaşları seneqallılar və nigeriyalılarla kütləvi davada iştirak ediblər. İnsident avqustun 20-si saat 17:00-da miqrantların olduğu düşərgədə baş verib.

Burada iki çoxmərtəbəli bina var, birində azərbaycanlılar, digərində isə afrikalılar yaşayır. İnternet şəbəkəsi afrikalıların olduğu binadadır və buna görə də həmyerlilərimiz yazışmaq və ünsiyyət saxlamaq üçün onların evinin ətrafında otururlar. Çərşənbə axşamı bir neçə sərxoş nigeriyalı 16 yaşlı azərbaycanlı qıza hücum edib. Qız hücum edənlərin əlindən qaça bilib.

Azərbaycanlılar bir neçə saatdan sonra afrikalıların olduğu evə gedib və ədəbsiz nigeriyalıların cavabını veriblər. Yekunda hər iki tərəfdən xəsarət alanlar olub. Afrikalılar isə, öz növbəsində, bir müddətdən sonra azərbaycanlıların qaldığı evə hücum ediblər.

Ekspert qeyd edib ki, davada təqsiri olanlar cinayət məsuliyyətinə cəlb ediləcəklər. Daxili İşlər naziri Yoahim German müvafiq orqanları qarşıdurmada iştirak etmiş şəxsləri deportasiya etməyə çağırıb. Bununla əlaqədar olaraq, Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarədə xüsusi işçi qrupu yaradılıb. İşçi qrupu kriminala meyilli şəxsləri aşkar etməli və onları deportasiya etməlidir.

Son məlumata görə, davada 30-a yaxın adam iştirak edib. Nəticədə, 10 nəfər xəsarət alıb, onların üçü mühafizəçi və ikisi isə polis əməkdaşıdır.

Faktla əlaqədar səkkiz nəfər saxlanılıb. Bir nigeriyalıya, eləcə də Müşfiq və Samir adlı azərbaycanlılara qarşı (müvafiq olaraq 37 və 19 yaşları var) həbs sanksiyası tətbiq edilib.

Qeyd edək ki, Deggendorf düşərgəsində (kampus) miqrantlar arasında vaxtaşırı toqquşmalar baş verir.скачать dle 11.3

Son xəbərlər