Mojo.az Banner
17:03 İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi  |     16:41 Martin Ryanın apellyasiya şikayəti rədd edildi  |     16:37 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:24 Tanınmış cərraha məhkəmədə HÖKM OXUNDU  |     15:59 Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı  |     15:57 Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi  |     15:54 Evlərdən 29 min manatlıq oğurluq edilib - VİDEO  |     15:46 Azərbaycan Ukraynaya enerji avadanlıqları göndərdi  |     15:42 Vətəndaşlar banklara milyonlarla manat pul qoyublar - RƏQƏMLƏR  |     15:34 Marketin liftinin fəaliyyəti dayandırıldı - Video  |     15:29 Oğuzda iki maşın toqquşdu - Ölən var  |     15:23 Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video  |     15:15 Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı  |     15:10 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi  |     15:09 Məşhur fransalı musiqiçi 50 yaşında vəfat etdi  |     15:01 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     14:54 Çayda batma təhlükəsi ilə üzləşən 23 yaşlı oğlan xilas edildi - Video  |     14:49 TƏBİB-in rəhbəri baş həkimi işdən çıxardı - FOTO  |     14:43 Güclü zəlzələ Yaponiyada 13 nəfərin həyatına son qoydu  |     14:35 Portuqaliyada "itkin düşən" azərbaycanlı tapıldı - Telefonu işləmirmiş  |    
Left Banner
Right Banner

Nazirlik sosial yardıma görə rüşvət istənilməsi barədə iddialara aydınlıq gətirdi

23.08.2019 16:08 3 266
Nazirlik sosial yardıma görə rüşvət istənilməsi barədə iddialara aydınlıq gətirdi
Bakının Nərimanov rayon sakini Xəyalə Fəxrəddin qızı Orucovanın sosial media səhifələrindən birində yayılmış videomüsahibəsində onun ailəsinə sosial yardım təyin edilməməsinə görə şikayəti və yardımın təyin olunmasına görə rüşvət istənilməsi barədə qeyd etdikləri əsaslı deyil.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, həmin videomüsahibə ilə əlaqədar müvafiq araşdırma aparılarkən müəyyən edilib ki, X.Orucova ailəsinə sosial yardım alınması üçün sonuncu dəfə 2018-ci ildə elektron qaydada müraciət edib.

"Müraciətə baxılaraq, ailəsinin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və X.Orucovanın adında olan telefon nömrəsinin müraciət zamanı bəyan edilməməsi səbəblərindən sosial yardım təyinatından imtina qərarı verilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən imtina edilməsinin səbəbləri X.Orucovanın diqqətinə çatdırılıb.

X.Orucova videomüsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi qeyd etdiyi Mirzə Nəbiyev adlı şəxsin ondan sosial yardım və ya pensiya təyin edilməsi müqabilində rüşvət istədiyini qeyd edir. Bununla əlaqədar diqqətə çatdırırıq ki, nə nazirlikdə, nə də DSMF sistemində Mirzə Nəbiyev adlı şəxs ümumiyyətlə işləmir.

Sağlamlıq imkanları məhdud uşağına görə aylıq təqaüdü (50 manat) ala bilməməsi ilə bağlı dediklərinə gəldikdə isə, bildiririk ki, X.Orucova həmin təqaüdü almaq üçün elə bu ay, yəni avqustun 9-da müraciət edib və müraciət etdikdən qısa müddət sonra da həmin aylıq təqaüd təsis edildiyi aprel ayından etibarən 5 ay (aprel, may, iyun, iyul və avqust) üzrə toplam olaraq 250 manat məbləğində onun kart hesabına köçürülüb.

Ona görə də videomüsahibədə X.Orucovanın ailəsinə sosial yardım təyin edilməsi üçün ondan rüşvət istənilməsi və sağlamlıq imkanları məhdud uşağa qulluğa görə aylıq təqaüdü ala bilməməsi ilə bağlı səsləndirdiyi iddialar əsassızdır", - deyə nazirlik rəsmisi qeyd edib.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner