Mojo.az Banner
Left Banner
Right Banner

Polşada tufan və ildırımlar 4 nəfərin həyatına son qoydu

23.08.2019 11:55 2 825
Polşada tufan və ildırımlar 4 nəfərin həyatına son qoydu
Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində dörd nəfər ölüb, 30-a yaxın insan yaralanıb.

RBK xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü tufan qalxıb.

Xilasedicilərin sözlərinə görə, ildırımı Qevont dağının zirvəsindəki metal xaç yaxud dəmir troslar cəzb edib. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Polşa prezidenti Anjey Duda həlak olanların ailələrinə baş sağlığı verib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner