Mojo.az Banner
20:09 5 səhv sual müəllimlərin xeyrinə hesablandı  |     20:01 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb  |     19:56 Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlandı  |     19:50 Sabah 40 dərəcə isti olacaq  |     19:43 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |     19:38 Azərbaycanın sığorta bazarı böyüyüb  |     19:30 "Aşur" məscidi muzeyə çevrilib? - RƏSMİ AÇIQLAMA  |     19:25 Qəza baş verdikdə sürücülər bu halda hadisə yerini tərk edə bilərlər  |     19:16 Təmayül tədris modeli üçün müəllimlər necə seçiləcək? - AÇIQLAMA  |     19:11 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:03 12 iyul imtahanın nəticələri açıqlandı - 17 nəfər 400 bal topladı  |     18:56 Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarıldı - Video  |     18:51 Sabah sərbəst qəbul başlayır  |     18:42 Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi  |     18:37 Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - Video  |     18:27 İrandan Trampın təklifini dəstəkləyən ölkələrə sərt XƏBƏRDARLIQ  |     18:13 Yaponiyada güclü zəlzələ: Yanğınlar başladı, 50-dən çox yaralı var  |     18:08 "Qarabağ"dan ayrıldı, bu kluba keçdi  |     17:56 Agentlik sədri filial müdirini işdən azad etdi  |     17:48 Uqandada Ebola epidemiyasının başa çatdığı elan edildi  |    
Left Banner
Right Banner

Aktyorumuz Bollivud filmində: urdu dilində danışıb yüksək qonorar alacaq

21.08.2019 16:31 3 759
Aktyorumuz Bollivud filmində: urdu dilində danışıb yüksək qonorar alacaq
Əməkdar artist Cavanşir Hadıyev Bollivud istehsalı olan filmə çəkilir.

Bu barədə C.Hadıyev "Facebook" hesabında məlumat paylaşıb.

O bildirib ki, uşaqlıqdan Hindistan filmlərini böyük həvəslə izləyib. Hindistan filmində rol almaq təklifi isə aktyor üçün gözlənilməz sürpriz olub.

Əməkdar artistin çəkiləcəyi filmlə bağlı təfərrüatları öyrənmək üçün Oxu.az-ın əməkdaşı Cavanşir Hadıyevlə əlaqə yaradıb.

Aktyor deyib ki, onun Hindistan filmində çəkilməsinə "Nərimanfilm" kinostudiyası şərait yaradıb:

"Nərimanfilm"dən zəng gəldi. Söylədilər ki, məni Hindistan kinematoqrafçılarına təqdim ediblər. Onlar tez-tez öz filmlərini Azərbaycanda lentə alırlar. Son illərdə hindlilər Azərbaycanda 15-ə yaxın ekran əsərinin çəkilişini aparıblar.

Çəkiləcəyim film Bollivud istehsalıdır. Onlar mənimlə görüşüb kiçik bir video çəkdilər. Həmin görüntüləri filmin quruluşçu rejissoruna göndərdilər. Üç gündən sonra zəng gəldi, bildirdilər ki, filmin rejissoru Bakıdadır, mənimlə görüşmək istəyir. İlk görüşdən rejissor dedi ki, bu obrazı məhz mənə yaraşdırıb, mənimlə işləmək istəyir".

"Kəşmir müsəlmanlarının milli qəhrəmanı, sevimli liderləri və Hindistan hökumətinin qatı düşməni Əbu Həmzəni urdu dilində canlandırmaq böyük bir məsuliyyətdir", - deyən aktyor filmin dörd ölkədə çəkiləcəyini dilə gətirib.

"Sözügedən film məkan olaraq Azərbaycan, Dağıstan, Qazaxıstan və Hindistanda lentə alınacaq. Ekran işində urdu dilində danışacağam. Mən isə bu dili bilmədiyim üçün sözləri bir-bir əzbərləyəcəyəm. Sözlərin düzgün tələffüzü mütləqdir. Onlar özləri mənə bu işdə yardımçı olacaqlar. Təbii ki, daha sonra səsləndirmə də olacaq".

C.Hadıyev qeyd edib ki, filmin çəkilişlərinə sabahdan etibarən start veriləcək:

"Çəkilişlər sabah başlayır. Hindistandan nümayəndələri artıq bir aydır ölkəmizdədirlər. Məkan olaraq isə Quba rayonu seçilib. Bu gün axşam ora yola düşürəm".

Aktyor filmdən alacağı qonorarı açıqlamasa da, kifayət qədər böyük rəqəm olduğunu gizlətmədi:

"Qonorarın nə qədər olduğunu açıqlamaq istəmirəm. Bir onu deyə bilərəm ki, Azərbaycanda qazana biləcəyim məbləğdən qat-qat çoxdur".

Əməkdar artist onu da bildirib ki, filmin premyerasına şəxsən rejissor tərəfindən dəvət alıb. Ekran əsəri isə gələn il avqustun 15-də Hindistanda nümayiş olunacaq.скачать dle 11.3
Mojo.az Banner