Mojo.az Banner
17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Jay Z futbol komandası alır

17.08.2019 22:56 2 526
Jay Z futbol komandası alır
Məşhur reper və iş adamı Jay Z futbol komandasını satın alır. Dünyaşöhrətli müğənni Beyonsun həyat yoldaşı biznesini genişləndirmək niyyətindədir. Söhbət NFL komandalarından birinin səhmlərinin "əhəmiyyətli payı"ndan gedir. Reperin hansı komandanı idarə edəcəyi dəqiqləşdirilməyib.

Bununla yanaşı, TMZ razılaşmanın tezliklə baş verəcəyini yazıb. Məlumatda bildirilib ki, Jay komandanın inkişafı və transformasiyası ilə şəxsən özü məşğul olmaq istəyir.

Repçinin "idmançıları idarə etmək" kimi təcrübəsi kifayyət qədər yüksəkdir. Bundan öncə o, "Brooklyn Nets" basketbol komandasının şəriki olub. Jay Z 2004-cü ildə bir milyon dollar qarşılığında oyunçuların tərkibində ciddi dəyişikliklər etməyən bir hissəni alıb. 9 il sonra isə onu ikiqat baha qiymətə - 2.35 milyon dollara satıb.

Xatırladaq ki, bu il Jay Z ilk milyarder olub. Bu imkana bir neçə biznes layihəsini səmərəli şəkildə idarə etməklə sahiblənib. Musiqi biznesi ilə yanaşı, Jay Z "Armand de Brignac" şampan markasının həmtəsisçisidir. O, Bacardi ilə ortaq əməkdaşlıq şəraitində yaradılan "D'ussé" konyak markasına da investisiya qoyub.

Jay Z digər markalara da uğurla investisiya qoyur. Repçi "Rocawear" adlı geyim brendinin təsisçisidir. "Uber" taksi xidmətində pay sahibi olan biznesmenə "Tidal" musiqi tətbiqetmə proqramının bir payı məxsusdur. İş adamı uğurla qurduğu "Roc Nationa" əyləncə şirkətinin də sahibidir.

скачать dle 11.3
Mojo.az Banner