Mojo.az — elanlar
Son Xəbərlər
19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib

17.08.2019 18:11 1 842
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
Avqustun 17-də görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bu münasibətlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, sənətkarın həyat yoldaşı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Eldar Quliyev, tanınmış incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda M. Maqomayevin qəbrini ziyarət ediblər.

Leyla Əliyeva onun çox böyük, işıqlı və səxavətli insan olduğunu diqqətə çatdırıb: "Mən inanıram ki, Müslüm Maqomayev ölməyib, bu gün də bizimlədir".

F. Əlizadə qeyd edib ki, Müslüm Maqomayevi yad edənlər hər il onun məzarını ziyarətə gəlirlər: "Allah Müslüm Maqomayevə bütün gözəl cəhətləri bəxş etmişdi. Onun bariton səsi ən çətin operaları ifa etməyə imkan verirdi. Müslüm Maqomayev həm rəssam, həm də bəstəkar idi. O, həm də Mario Lansa haqqında kitabın müəllifidir. Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin ən parlaq simasıdır".

Musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya gələnlərə təşəkkürünü çatdırıb: "Artıq 11 ildir ki, onu sevənlər qəbrini ziyarətə gəlirlər. Onun xatirəsini andığınız üçün hər birinizə bir daha təşəkkür edirəm".

E. Quliyev Müslüm Maqomayevin işıqlı insan olduğunu deyib: "Onu bir sözlə ifa etmək, sözlərlə təsvir etmək çox çətindir. Biz onunla eyni dövrdə yaşadığımız üçün xoşbəxt olmalıyıq. Onun yaradıcılığı istər musiqiçi, istər bəstəkar kimi çox böyükdür. Biz hər il M. Maqomayevin doğum günündə buranı ziyarət etməklə təkcə onu deyil, özümüzü də yaşadırıq".

Sonra bəstəkarın məzarı üzərinə əklil qoyulub, çiçəklər düzülüb.


Son xəbərlər