Mojo.az Banner
19:50 Ayxan Abbasov vəzifəsindən ayrıldı  |     19:37 "Formula-1" əfsanəsinin EVİNƏ BASQIN EDİLİB - Başından xəsarət alıb  |     19:30 "Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı  |     19:22 Türkiyədə bələdiyyə sədri güllələndi  |     19:17 Lənkəranda ağır avtoqəza: Ölən var  |     19:11 Vilyam Hacıyevin lüks avtomobillərinin HƏRRAC TARİXİ bilindi  |     19:04 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |     18:55 Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü  |     18:50 Türkiyədə ZƏLZƏLƏ baş verdi  |     18:44 Azərbaycanda sənaye meşələri salınacaq  |     18:38 Azərbaycanda nə qədər əcnəbinin iş icazəsi var?  |     18:30 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - Rəqəmlər açıqlandı  |     18:25 Çində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı  |     18:16 Ardıcıl 5 gün iş olmayacaq  |     18:10 Təkrar əlillik təyin edilənlərə ödənilən vəsait açıqlanıb  |     18:02 Rusiya Ermənistan konyaklarının satışını qadağan etdi  |     17:57 Azərbaycan Çinə başsağlığı verdi  |     17:49 "Uşaq puluna yanaşma insanların tənbəlliyi ilə ölçülən məsələ deyil" - İqtisadçı  |     17:44 Tanınmış reper vəfat etdi  |     17:38 Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi  |    
Left Banner
Right Banner

Baş Prokurorluq vəzifəli şəxsin intiharı ilə bağlı məlumat yaydı

16.08.2019 16:29 2 721
Baş Prokurorluq vəzifəli şəxsin intiharı ilə bağlı məlumat yaydı
Baş Prokurorluq Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən daxil olan açıqlamada bildirilib ki, avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, dörd aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olub. M.Feyzullayevin intihar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner