Mojo.az Banner
21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |     19:35 Keçmiş deputat tələbə oldu  |     19:30 Sentyabrın 5-dək meteor yağışı olacaq  |     19:23 Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO  |     19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |     19:10 Tokayev hökuməti istefaya göndərdi  |     19:05 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VİDEO  |    
Left Banner
Right Banner

“Dövlət satınalmaları haqqında” qanunu pozanlar barəsində yeni cərimələr müəyyən edilib

10.08.2019 13:44 4 008
“Dövlət satınalmaları haqqında” qanunu pozanlar barəsində yeni cərimələr müəyyən edilib
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, “Dövlət satınalmaları haqqında” qanunun 445-1.1.2-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.

Bundan əlavə, qanuna aşağıdakı məzmunda 445-1.6-cı maddə əlavə edilib:

“445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir”.

Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.скачать dle 11.3
Mojo.az Banner