Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz olacaq

09.08.2019 14:30 1 467
Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz olacaq
Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz xidmət göstərəcək.

Bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

O bildirib ki, heyvanların baytarlıq sanitariya ekspertizası üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək:

“Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində Qurban bayramı ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün iribuynuzlu heyvanlarda beş manat, xırdabuynuzlu heyvanlarda isə dörd manat dövlət rüsumu ödənilir”

Bundan başqa, Qurban bayramı ərzində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri də pulsuz aparılacaq.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev deyib.

Onun sözlərinə görə, Agetlik hər il bayram ərəfəsində dövlət qurumları tərəfindən yaradılan ət kəsimi məntəqlərdə təmizlik və dezinfeksiya işləri aparır:

“Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsiz şəkildə aparılır. Məqsədimiz müxtəlif infeksion xəstəliklərin yaranmasının və keçiciliyinin qarşısını almaqdır. Bununla əlaqədar bayram günlərindən sonra çadırtipli kəsim məntəqələri yığışdırılacaq, həmin yerlərdə təkrar təmizlik işləri aparılacaq”.

R.Abdullayev onu da əlavə edib ki, göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir:

“Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner